Bakıda avtomobil yolu keçən üç piyadanı vurub, onlardan biri ölüb

Bakıda avtomobil yolu keçən üç piyadanı vurub, onlardan biri ölüb
# 21 iyun 2016 09:37 (UTC +04:00)

Bakı-APA. Bakıda avtomobil üç piyadanı vurub. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, hadisə gecə 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində qeydə alınıb.

Xırdalan şəhər sakini Anar Səfərov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Cavanşir Kirmirzəyevi, Səbuhi Şahmarovu və İsmayıl Hümbətovu vurub. Nəticədə C.Kirmirzəyev hadisə yerində ölüb, digər şəxslər isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR