ABŞ-da məktəbdə atışma nəticəsində 27 nəfər həlak olub

ABŞ-da məktəbdə atışma nəticəsində 27 nəfər həlak olub
# 14 dekabr 2012 20:15 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Konnektikut ştatının Nyutaun şəhərinin ibtidai məktəbində baş verən atışmada ölənlərin sayı 27-yə çatıb. Bu barədə Reuters xəbər yayıb. Həlak olanların 18 nəfəri uşaqdır.

Agentliyin məlumatına görə, atəşi şagirdlərdən birinin atası açıb. Atışma zamanı məktəbdə ən azı 600 uşaq olub. Cinayətkar məhv edilib. Bəzi agentliklər iki cinayətkarın olduğu barədə fərziyyə ilə sürüblər.

Hadisə baş verən rayondakı məktəblərdə fövqəladə mühafizə rejimi elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR