Bank Of Baku

ANAMA-nın Slovakiyadan aldığı yeni mexaniki minatəmizləyən maşın bu həftə Azərbaycana gətiriləcək

ANAMA-nın Slovakiyadan aldığı yeni mexaniki minatəmizləyən  maşın bu həftə Azərbaycana gətiriləcək
# 27 iyun 2008 09:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Slovakiyadan aldığı “Bozena-5” markalı mexaniki minatəmizləyən maşın iyunun 30-da Azərbaycana gətiriləcək. Bu barədə APA-ya ANAMA-nın baş direktoru Nazim İsmayılov məlumat verib. Onun sözlərinə görə, mexaniki minatəmizləyən maşınların sayının artması mina təmizləmə əməliyyatlarının məhsuldarlığını artırır. Qeyd edək ki, hazırda ANAMA minatəmizləmə əməliyyatlarında müxtəlif markalı 5 minatəmizləmə maşınından istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR