Bank Of Baku

Fitso: Avropanın gələcəyi Şərq və Qərbin birliyindən asılıdır

Slovakiyanın Baş naziri Robert Fitso

© APA | Slovakiyanın Baş naziri Robert Fitso

# 06 iyul 2026 07:53 (UTC +04:00)

Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, Avropanın gələcəyi Şərqlə Qərbin birliyindən asılıdır.

Bu barədə "Standard" portalı məlumat yayıb.

Fitso Kiril və Mefodi Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Avropada Rusiya ilə qarşıdurma ritorikasını qorxu içində olan Qərb ölkələrinin müdafiə mexanizmi adlandırıb.

"Avropanın gələcəyinin yalnız Şərqlə Qərbin birliyi sayəsində mümkün olduğunu yenidən anlamaq üçün doğrudanmı qarşıdurmaya ehtiyac var?" – deyə Slovakiya hökumət başçısı bildirib.

Onun sözlərinə görə, Avropa elitaları qorxu və qərəzlərin təsiri altındadır. Fitso əlavə edib ki, Qərb sivilizasiyasının mənəvi dayaqları sarsıldığı bir dövrdə Slovakiya öz əsas dəyərlərinə qayıtmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR