Türkiyənin xaricdəki səfirlik və diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransı başlayır
15 iyul 2008 12:26 (UTC +04:00)
Ankara APA. Ankarada Türkiyənin xarici ölkələrdəki səfirlik və diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransı başlayır. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, konfransda xaricdə çalışan 140 səfir, eləcə də Xarici İşlər Nazirliyinin mərkəzi aparatında çalışan səfirlər iştirak edir. Diplomatlar toplantıdan əvvəl Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət ediblər. Dörd gün davam edəcək konfransda Orta Şərqdə vəziyyət və Avropa Birliyi ilə əlaqələr başda olmaqla, Türkiyənin xarici siyasətindəki ən aktual məsələlər müzakirə ediləcək, ölkənin bu sahədəki strategiyası haqqında fikir mübadiləsi aparılacaq. Diqqət mərkəzindəki məsələlərdən biri də ermənilərin uydurma “soyqırım” iddialarına qarşı həyata keçiriləcək tədbirlər və ABŞ-da keçiriləcək prezident seçkilərinin Türkiyəyə, bölgəyə mümkün təsirləri olacaq.
Avropa
Berlində texnologiya şirkəti yanıb, zəhərli qazların yayılması ehtimalı ilə bağlı xəbərdarlıq edilib
18:57
3 may 2024
Aİ, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
14:39
3 may 2024
Gürcüstanda 3 yeniyetmənin olduğu avtomobil çaya düşüb
13:27
3 may 2024
Gürcüstan XİN Fransanı qeyri-obyektivlikdə ittiham edib
13:16
3 may 2024