Bank Of Baku

Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub

Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub
# 29 iyun 2026 16:27 (UTC +04:00)

Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, Agentliyin müvafiq əmrinə əsasən, Səbinə Mehdiyeva Azərbaycan Milli Konservatoriyasının nəzdində Bakı Musiqi Kollecinin direktoru vəzifəsinə təyin edilib.

Səbinə Mehdiyeva Bakı Musiqi Akademiyasında fortepiano ixtisası üzrə bakalavriat, musiqişünaslıq ixtisası üzrə magistratura təhsili alıb. 2009-cu ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini əldə edib.

Pedaqoji fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi başlayan Səbinə Mehdiyeva sonrakı illərdə həmin ali təhsil müəssisəsində baş müəllim, dosent və kafedra müdiri vəzifələrində çalışıb. O, həmçinin Bakı Musiqi Akademiyasında fortepiano müəllimi kimi fəaliyyət göstərib.

2021-ci ildən hazırkı təyinatınadək Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru vəzifəsində çalışıb.

Səbinə Mehdiyeva respublika və beynəlxalq müsabiqələrin laureatıdır. O, eyni zamanda bir sıra elmi məqalələrin və dərs vəsaitlərinin həmmüəllifidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR