Bank Of Baku

Türkiyə Konstitusiya Məhkəməsi AKP-nin bağlanması ilə bağlı yekun müzakirələrə başlayıb

Türkiyə Konstitusiya Məhkəməsi AKP-nin bağlanması ilə bağlı yekun müzakirələrə başlayıb
# 28 iyul 2008 12:10 (UTC +04:00)
Saat 12.10-da fasiləyə çıxan hakimlər 13.30-da işlərinə davam ediblər. KM səhər iclasında vəkil Mustafa Kamal Turan adlı vəkilin 4 hakimin prosesdən kənarlaşdırılmasına dair fərdi müraciətinə baxıb. M. K. Turanın iddiasına görə, KM-nin sədri Haşim Kılıç, müavin Osman Paksüt, üzvlər Fərrux Kaleli və Nəcmi Özlər bitərəf olmadıqları üçün onlar AKP ilə bağlı işə baxmaqdan kənarlaşdırılmalıdır. Ancaq iş üzrə üçüncü tərəfin müraciət hüququ olmadığı üçün M. K. Turanın ərizəsi rədd edilib. Vəkil jurnalistlərə açıqlamasında Türkiyədə fərdlərin Konstitusiya Məhkəməsinə müraciət hüququnun olmadığını söyləyərək bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət etdiyini və bu şikayətinin icraata götürüldüyünü söyləyib: “Strasburq məhkəməsi şikayətə baxacağı üçün mən Konstitusiya Məhkəməsinə müraciət etməyə qərar verdim”.
Qeyd edək ki, AKP-nin ləğvi ilə bağlı qəti qərarın bir neçə gün ərzində veriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR