Bank Of Baku

İstanbulda ölənlərin sayı 18-ə yüksəlib

İstanbulda ölənlərin sayı 18-ə yüksəlib
# 28 iyul 2008 13:35 (UTC +04:00)
İstanbul – APA. Türkiyənin İstanbul şəhərində baş vermiş terror aksiyası nəticəsində ölənlərin sayı 18-ə yüksəlib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, partlayış zamanı yaralanan, 7,5 aylıq hamilə olan Filiz İkiz adlı qadın xəstəxanada keçinib. Aksiyanı hansı terror təşkilatının törətdiyi qətiləşməsə də, təhlükəsizlik orqanları terrorçuların istifadə etdiyi partlayıcı maddənin RDX tipli partlayıcı olduğunu müəyyənləşdiriblər. Bu il yanvarın 3-də Diyarbəkirdə, keçən il Ankaranın Anafartalar bazarında, eləcə də ötən illərdə bir sıra jurnalist və elm adamlarına ölümlə nəticələnmiş sui-qəsdlər zamanı da məhz RDX-dən istifadə olunub. Əsasən dövlətlərin xüsusi xidmət orqanlarının əlində olan bu partlayıcıdan PKK terror təşkilatı da istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR