NATO-nun baş katibi İstanbulda törədilmiş terror aksiyasını pisləyib

NATO-nun baş katibi İstanbulda törədilmiş terror aksiyasını pisləyib
# 28 iyul 2008 14:07 (UTC +04:00)
Brüssel – APA. NATO-nun baş katibi Yaap de Hoop Sxeffer İstanbulda törədilmiş terror aksiyasını pisləyən bəyanatla çıxış edib. APA-nın NATO-nun saytına istinadən verdiyi məlumata görə, Sxeffer dəhşətli aksiyanın terrorçular tərəfindən qabaqcadan planlaşdırıldığını və günahsız mülki əhalinin hədəfə alındığını bildirib: “Müttəfiqlərin adından partlayış nəticəsində həlak olmuş insanların ailələrinə başsağlığımı ifadə edirəm. NATO terrorçuluğa qarşı mübarizədə türk xalqı ilə həmrəydir və bu sahədə əməkdaşlığı davam etdirəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR