Antalya meşələrində üç gün əvvəl başlayan yanğını söndürmək mümkün olmur

Antalya meşələrində üç gün əvvəl başlayan yanğını söndürmək mümkün olmur
# 02 avqust 2008 10:26 (UTC +04:00)
Antalya – APA. Türkiyənin Antalya bölgəsində 3 gün əvvəl başlayan yanğının qarşısını almaq mümkün olmayıb. APA-nın məlumatına görə, indiyədək 10 min hektarlıq meşə və orman əraziləri yanaraq külə dönüb. Turistik bölgə olan Antalyanın bir neçə kəndindən sakinlər köçürülüb. Artıq iki mülki şəxs itkin düşüb. Şəhər yetkililəri yanğının qarşısının alınması üçün göstərilən bütün səylərin nəticəsiz qaldığını açıqlayıblar.
Qeyd edək ki, Antalyadan başqa, Türkiyənin daha bir neçə bölgəsində meşələrdə baş verən yanğın nəticəsində yüzlərlə hektar ərazi yanaraq məhv olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR