Türkiyə universitetlərinə rektor təyinatları qalmaqala səbəb olub

Türkiyə universitetlərinə rektor təyinatları qalmaqala səbəb olub
# 06 avqust 2008 11:39 (UTC +04:00)
Məsələn, Akdəniz Universitetində keçirilən seçkidə mövcud rektor Mustafa Akaydın qalib gəlsə də, A. Gül onun yerinə səsvermədə 2-ci olmuş İsrafil Qurdcəbhəni rektor təyin edib. M. Akaydın açıqlamasında dünyəvi rejimi müdafiə etdiyi və türban əleyhinə mübarizə apardığı üçün rektor təyin olunmadığını bildirib: ”Dünyəvi cümhuriyyətin prinsiplərini müdafiə etməyim qüsur sayılıb. Tərəfsiz prezident olsaydı, başqa cür qərar verərdi. Amma mən Atatatürkün övladıyam. İndiyədək etdiklərimdən qürur duyuram”. A. Gülün qərarı İstanbul Texniki Universitetində də ciddi narazılıq doğurub. Universitetdə keçirilən seçkidə mövcud rektor Hüseyn Faruk Qaradoğanın birinci yeri tutmasına baxmayaraq, səsvermədə 3-cü olmuş Məhəmməd Şahinin rektor təyin olunmasına etiraz edən 12 müəllim vəzifəsindən istefa verib. İstefa verən 12 elm adamından 2-si professordur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR