Gürcüstan parlamentinin plenar iclasında dava düşüb.
Gürcüstan mediasının xəbərinə görə, fiziki qarşıdurmada Georgi Qaxariyanın “Gürcüstan naminə” partiyasının deputatları və “Gürcü Arzusu”nun üzvləri iştirak ediblər.
Münaqişə “Gürcüstan naminə” partiyasının deputatı Georgi Şaraşidzenin çıxışından sonra başlayıb.
Parlamentin iclası dayandırılıb.