İran “altılar”a lazımi cavab verməyib

İran “altılar”a lazımi cavab verməyib
# 06 avqust 2008 14:44 (UTC +04:00)
Paris – APA. Fransa Xarici İşlər Nazirliyi İranın “altılar”a gözlənilən cavabı vermədiyini açıqlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Fransa XİN-in nümayəndəsi Romen Nadal bildirib ki, İranın göndərdiyi cavab məktubu tamamilə prosedur xarakterlidir. Rusiya XİN isə “altılar”ın müraciətinə hələlik yazılı cavab almadıqlarını bəyan edib.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyadan ibarət “altılıq” İranı uranın zənginləşdirilməsini dayandırmağa çağırıb. Bunun əvəzində Tehrana dinc atomun inkişafı da daxil olmaqla, bir sıra iqtisadi və texnoloji layihələr təklif edilib. İyulun 19-da “altılar”ın nümayəndələri və Avropa Birliyinin vahid xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Havyer Solananın İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşündə İrana cavab üçün iki həftə vaxt verilib. ABŞ İranın bu müddət ərzində cavab verməyəcəyi təqdirdə bu ölkəyə qarşı yeni sanksiyaların tətbiq olunacağını bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR