Bodrumda Suriya prezidenti və Türkiyə baş nazirinin xanımlarını lentə alan jurnalistlər təzyiqə məruz qalıb

Bodrumda Suriya prezidenti və Türkiyə baş nazirinin xanımlarını lentə alan jurnalistlər təzyiqə məruz qalıb
# 06 avqust 2008 16:08 (UTC +04:00)
Bodrum – APA. Suriya prezidenti Bəşər Əsəd və həyat yoldaşı Əsma istirahət etmək üçün avqustun 5-də Türkiyəyə gediblər. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, cütlük Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və onun xanımı Əminə Ərdoğanla birlikdə Türkiyənin turizm mərkəzlərindən biri olan Bodruma yola düşüb. Bu gün Bodrum sahillərində bir gəmidə yemək yeyən Əsəd və Ərdoğan ailəsini lentə alan fotomüxbirlər və videooperatorlar Türkiyə baş nazirinin mühafizə xidmətinin təzyiqinə məruz qalıblar. Katerlərlə jurnalistlərə yaxınlaşan mühafizəçilər onların kameralarını və fotoapparatlarını əllərindən alıblar. Mühafizəçilər kameralardan görüntüləri siliblər və rəqəmli fotoapparatların disklərini götürüblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR