Türkiyəli ekspert: “Bakı-Ceyhan kəmərində partlayışı Türkiyənin inkişafından narahat olna dairələr törədə bilər”

Türkiyəli ekspert: “Bakı-Ceyhan kəmərində partlayışı Türkiyənin inkişafından narahat olna dairələr törədə bilər”
# 07 avqust 2008 08:37 (UTC +04:00)
Ankara. Mayis Əlizadə - APA. “Bakı-Ceyhan neft kəmərini kimin partlatdığı ilə bağlı dəqiq məlumatım yoxdur. Dünyada enerji təhlükəsizliyindən danışarkən bir də kəmərlərin fiziki təhlükəsizliyindən bəhs etmək lazımdır. Ölkəmizin inkişafından narahat olan bəzi terror təşkilatları vasitəsilə bu cür aksiyalar həyata keçirilə bilər”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Beynəlxalq Enerji Şurası Türkiyə Milli Komitəsinin İdarə Heyətinin üzvü Necdət Pamir deyib. O bildirib ki, Türkiyənin regionun ən sabit ölkəsi olmasından narahatlıq duyan dairələrin hər biri boru xətlərində təxribat törədə bilər: “Bakı-Ceyhan kəmərinin ümumi uzunluğu 1774 kilometrdir. Bunun 1074 kilometri bizim ərazimizdən keçir. Hər 10 metrəyə bir gözətçi qoya bilmədiyinizə görə, neft kəmərlərinin təhlükəsizliyini maksimum dərəcədə təmin etmək də mümkün olmur. Burada ən mühüm məsələ Türkiyənin öz təbii sərvətlərindən maksimum dərəcədə istifadə etməsidir. Türkiyənin yanlış enerji siyasətinə görə 12,5 milyard tonluq linyitin (istilik elektrik stansiyalarında istifadə edilən kömürəbənzər maddə - APA) 2/3-dən istifadə edilə bilməyib. Türkiyə 180 milyon kilovat saat gücündə hidroelektrik potensiala sahib olduğu halda, bunun ¾-dən istifadə etməyib. Biz 48 min meqavattlıq külək enerjimizdən hələ ki istifadə edə bilməmişik. Biz bunun 15 min meqavattından istifadə etsək, böyük hünərdir. Neftin 92%-ni, qazın isə 98%-ni idxal edirik. Enerji sahəsində xaricə bu qədər bağlı vəziyyətdyik. Boru xətləri ilə İran, Rusiya və Azərbaycandan aldığımız enerji yüksək risk dərəcəsi daşıyır. Terror hücumlarına açıq olması həm borulara, həm də tankerlərə eyni dərəcədə aiddir. Türk boğazları da həmişə riskli vəziyyətdədir. Buna görə də enerji siyasətləri sadəcə enerji ilə məhdudlaşmayıb, təhlükəsizlik və iqtisadi siyasətlə də yaxından əlaqəlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR