İstanbulun Üsküdar bələdiyyəsinin yardımçı binasına əl qumbaraları atılıb

İstanbulun Üsküdar bələdiyyəsinin yardımçı binasına əl qumbaraları atılıb
# 07 avqust 2008 09:10 (UTC +04:00)
İstanbul – APA. Türkiyənin İstanbul şəhərinin Üsküdar rayon bələdiyyəsinin yardımçı binasına əl qumbaraları atılıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün səhər motosikletlə yaxınlaşan iki naməlum şəxs binaya bir neçə əl qumbarası ataraq qaçıb. Şahidlər 4 partlayış səsi eşitdiklərini bildiriblər. Hadisə zamanı 1 nəfər dizindən yaralanıb. Olaydan sonra bina tamamilə boşaldılıb. Polis əməliyyat-axtarış tədbirləri həyata keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR