Abdulla Gül: “Bakı-Ceyhan-Tiflis neft kəməri ilə bağlı heç bir problem yoxdur”

Abdulla Gül: “Bakı-Ceyhan-Tiflis neft kəməri ilə bağlı heç bir problem yoxdur”
# 12 avqust 2008 14:39 (UTC +04:00)
APA-nın məlumatına görə, prezident Rusiyanın hərbi əməliyyatları dayandırması barədə qərarını müsbət qiymətləndirib və atəşkəs olacağına ümid etdiyini deyib: “Hər iki tərəfin həssas olması lazımdır. Türkiyə hökumətinin Gürcüstana humanitar yardımından məmnunluq duyuram. Bölgədə baş verən hadisələrdən zərərçəkənlər arasında Türkiyə vətəndaşları da var. Onların bir hissəsi media nümayəndəsidir. Xarici İşlər Nazirliyi bu istiqamətdə lazımi tədbirlər görür. Azərbaycan tərəfi də Gürcüstandakı Türkiyə vətəndaşlarının qayıtmaları üçün köməklik göstərir”.

Prezident Türkiyənin qonşu dövlət kimi Gürcüstanda sülhün və sabitliyin təmin olunması üçün səylərini davam etdirəcəyini vurğulayıb: “Gürcüstanın ərazi bütövlüyünə hörmət edirik. Ümid edirik ki, bu fikirlər başqaları tərəfindən də mənimsəniləcək, bölgədə sülh və sabitlik təmin olunacaq. Türkiyə üzərinə düşən vəzifəni yerinə yetirib, buna davam edəcək. Bütün dünyanı maraqlandıran hadisələr Türkiyənin qonşuluğunda ətrafında baş verir”.

A. Gül Gürcüstan və Rusiya dövlət başçıları ilə əlaqə saxladığını, fikirlərini onlara çatdırdığını söyləyib. Prezident Bakı-Ceyhan-Tiflis əsas ixrac neft kəməri ilə bağlı heç bir problemin olmadığını bildirib: “Bu kəməri heç kim hədəfə götürməyib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR