Bank Of Baku

Xankəndi, Xocalı və Ağdərəyə 180 nəfər köçürülüb - FOTO

Xankəndi, Xocalı və Ağdərəyə 180 nəfər köçürülüb - FOTO
# 25 iyun 2026 12:03 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərə köç davam edir.

İyunun 25-də Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonunun bir sıra yaşayış məntəqələrinə növbəti dəfə 44 ailə qayıdıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə olmaqla 34 nəfər, Xocalı rayonunun Ballıca kəndinə 2 ailə, 7 nəfər, Badara kəndinə 2 ailə, 5 nəfər, Xanabad kəndinə 2 ailə, 5 nəfər köçürülüb.

Eyni zamanda Ağdərə rayonunun Həsənriz kəndinə 53 nəfərdən ibarət 13 ailə, Çıldıran kəndinə də 13 ailə olmaqla 53 nəfər, Vəngli kəndinə isə 4 ailə - 23 nəfər köç edib.

Doğma yurdlarına qayıdan sakinlər yaşayış məntəqələrində qarşılanaraq yeni mənzillərinin açarlarını təhvil alıblar. Köçürülən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlar olub.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir, əhalinin rahat və təhlükəsiz yaşayışı üçün zəruri infrastruktur yaradılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR