Avropa Parlamentinin iclas zalının tavanı uçub

Avropa Parlamentinin iclas zalının tavanı uçub
# 13 avqust 2008 09:09 (UTC +04:00)
Strasburq – APA. Avropa Parlamentinin Strasburqda yerləşən binasındakı əsas iclas zalının tavanı uçub. APA-nın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, zaldakı kresloların və döşəmənin üzərinə 100 kiloqrama yaxın tikinti materialı düşüb. Hadisə zamanı zərər çəkən olmayıb, çünki parlament sentyabrın 1-nə qədər tətildədir. Olay ötən həftənin dördüncü günü baş verib. Parlamentin əməkdaşları hadisəni gizlətməyə çalışıblar. Hadisənin səbəbi hələlik bilinməsə də, tavanın keyfiyyətsiz qurulduğu bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR