Rumıniyada müəllimlər kütləvi tətilə başlayıblar
03 noyabr 2008 14:02 (UTC +04:00)
Buxarest-APA. Rumıniyada 70 min müəllim bir günlük tətilə başlayıb. APA-nın məlumatına görə, tətilə səbəb hökumətin müəllimlərin maaşını 50 faiz artırmaqdan imtina etməsidir. Hökumət oktyabrda maaşları 9 faiz artırmağa razılıq verib, parlament isə maaşların 50 faiz qaldırılmasına səs verib. Ötən həftə baş nazir Karin Popesku-Tariçani bəyan edib ki, rumın iqtisadiyyatının problemlərini həll etmək üçün vaxt lazımdır, buna görə də müəllimlərin maaşlarının artırılması gələn ilin aprelinə kimi təxirə salınır. Rumıniya Müəllimlərin Həmkarlar İttifaqı ikinci tətilin noyabrın 18-də keçiriləcəyini bəyan edib. Bu ölkədə ümumilikdə 190 min müəllim var.
Avropa
Ursula von der Leyen: Çinin Rusiyaya qarşı bütün təsir imkanlarından istifadə edəcəyinə ümid edirik
15:35
6 may 2024
Almaniya XİN "Al Jazeera"nın İsraildə yayımına qadağa qoyulmasına münasibət bildirib
13:48
6 may 2024
Ursula von der Leyen: Çin və Aİ-nin təhlükəsizlik məsələsində ortaq maraqları var
13:40
6 may 2024
Rişi Sunak növbəti seçkilərdə partiyasının məğlub olacağını ehtimal edib
13:24
6 may 2024