Varşava məhkəməsi Polşa prezidentini “ördək” adlandırmağa icazə verib
04 noyabr 2008 07:56 (UTC +04:00)
Varşava-APA. Varşava məhkəməsi Polşa prezidenti Lex Kaçinskinin administrasiyasının iddia ərizəsini rədd edib. APA-nın məlumatına görə, məhkəmə qərarında bildirilir ki, polyak dilində “ördək” sözünün istifadə edilməsi prezident və qardaşının şərəf və ləyaqətini alçaltmır. Qeyd edək ki, polyak dilində “kaczka” sözü “ördək” deməkdir. Media təmsilçilərin prezident Lex Kaçinski və onun qardaşı, hazırda müxalifətin lideri olan Yaroslav Kaçinski haqqında məqalə yazarkən onların soyadlarına uyğun olaraq “ördəklər” sözündən tez-tez istifadə edirlər. Bu səbəbdən prezident administrasiyası yerli qəzetlərin birinin köşə yazarı Erji Pilxə qarşı iddia qaldıraraq onun və onun qismində digər yazarların öz məqalələrində “ördəklər” kəlməsindən istifadəsinin qadağan olunmasını istəyiblər. İddia müəlliflərinin fikrincə, “ördəklər” kəlməsi siyasətçilərin imicinə xələl gətirir. Lakin məhkəmənin qərarında bildirilir ki, insanların heyvan və quşlarla müqayisəsi heç də həmişə təhqir sayılmır.
Maraqlıdır ki, Lex və Yaroslav Kaçinskilər əvvəllər ördəklərlə müqayisə olunmağa çox hazırcavab yanaşıblar. 2005-ci ildə keçirilən seçkilərdə ördək şəkli onların “Hüquq və Ədalət” Partiyasının simvollarından biri olub. Ötən ilin sonlarında baş nazir postundan istefa verən Yaroslav Kaçinski isə Varşava parklarında ördəklərlə birgə şəkil çəkdirməyi ilə məşhur olub.

Avropa
Araxamiya: “Ukrayna hakimiyyəti bir neçə min məhbusu orduya cəlb edə bilər”
21:12
8 may 2024
Siyarto: “Ukrayna NATO silahları ilə belə Rusiyaya qalib gəlməyəcək”
20:53
8 may 2024
Zelenski Orbanı Sülh Sammitinə dəvət edib
18:48
8 may 2024
Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirin Ukraynanın bərpası üçün istifadəsinə dair siyasi razılıq əldə olunub
18:24
8 may 2024