İsveçrə üzərində Lozanna sazişi imzalanmış dəyirmi masanı Türkiyəyə hədiyyə edib - FOTOSESSİYA
12 noyabr 2008 11:34 (UTC +04:00)
İstanbul-APA. İsveçrə Konfederasiyasının prezidenti Paskal Kuşpen Türkiyəyə səfəri zamanı həmkarı Abdullah Gülə qəribə hədiyyə bağışlayıb. APA-nın məlumatına görə, İsveçrə prezidentinin hədiyyəsi məşhur Lozanna sazişinin imzalandığı dəyirmi masadan ibarətdir. Türkiyənin taleyinin müəyyənləşdirildiyi bu masada ölkə üçün son dərəcə önəmli olan saziş imzalanıb. Lozanna sazişinə əsasən, Türkiyə Respublikasının indiki sərhədləri müəyyənləşib, kapitulyasiya qərarı ləğv edilib, Türkiyə dövlətində yaşayan bütün milli azlıqlar bu ölkənin vətəndaşı olaraq tanınıb, Şərqi Trakyada yaşayan türklərlə Anadoluda yaşayan yunanların yerlərinin dəyişdirilməsi razılaşdırılıb.
Sazişin daha bir əhəmiyyətli məqamı Osmanlı dövlətinin xarici ölkələrə olan borcunun ödənilməsi məsələsinə aydınlıq gətirilməsi ilə bağlıdır. Türkiyə borcların Osmanlı dövlətinə aid olduğunu bildirərək bu məbləği ödəməkdən imtina edib. Lozanna sazişinə əsasən, Osmanlı dövlətinin borcları bu imperiyanın ərazisində yaradılmış bütün dövlətlər arasında bərabər şəkildə bölünüb və Türkiyənin öz borclarını kağız pulla hissə-hissə ödəməsinə razılıq verilib.
Bu günə qədər də qüvvədə olan Lozanna sazişinin mühüm müddəalarından biri Bosfor və Dardanel boğazlarının taleyinə aydınlıq gətirilməsidir. Boğazlar müəyyən şərtlər daxilində Türkiyəyə verilib. Şərtlərə əsasən, boğazlardan gəmilərin keçidini Türkiyənin sədrlik edəcəyi beynəlxalq komissiya müəyyənləşdirəcəkdi. Digər şərt isə boğazların hər iki sahilindən 15 kilometr məsafədə hərbi qüvvələrin yerləşdirilməməsi, lakin müharibə olacağı təqdirdə Türkiyənin boğazlardan istədiyi kimi istifadə edə bilməsi idi.
Türkiyə prezidenti Abdullah Gül 1923-cü il iyulun 24-də Lozannada tarixi müqavilənin imzalandığı masanı ölkəyə hədiyyə etdiyinə görə isveçrəli həmkarı Paskal Kuştenə təşəkkür edib: “Türkiyə Cümhuriyyətinin qurulmasına səhnə olan bu masanın bizim üçün mənəvi dəyəri çox böyükdür. Təbii ki, bu masa Türkiyədə ən gözəl formada sərgilərdə nümayiş olunacaq”.

Avropa
Aİ Ukraynadakı müharibənin tez başa çatmasının yollarını açıqlayıb
03:25
4 may 2024
Berlində texnologiya şirkəti yanıb, zəhərli qazların yayılması ehtimalı ilə bağlı xəbərdarlıq edilib
18:57
3 may 2024
Aİ, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
14:39
3 may 2024
Gürcüstanda 3 yeniyetmənin olduğu avtomobil çaya düşüb
13:27
3 may 2024