Bank Of Baku

İki türk əsgərinin qəhrəmanlığı 100 türk əsgərinin həyatını xilas edib

İki türk əsgərinin qəhrəmanlığı 100 türk əsgərinin həyatını xilas edib
# 21 noyabr 2008 11:27 (UTC +04:00)
Ankara – APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah noyabrın 19-da Diyarbəkirin Licə qəsəbəsi ərazisində 2 türk əsgərinin şəhid olması ilə nəticələnən insidentə aydınlıq gətirib. APA-nın xəbərinə görə, məlum olub ki, PKK-çılar bomba yüklənmiş avtomobillə jandarma zastavasına qarşı terror aksiyası həyata keçirmək və təxminən 100 əsgəri öldürməyə cəhd ediblər. Amma onların planlarını postda dayanan 2 əsgər pozub. Fevzi Güngör və İsmayıl Uyğun adlı əsgərlər bir yük avtomobilinin zastavaya doğru irəlilədiyini görərək avtomobili dayandırmaq istəyiblər. Bu zaman içəridəki terrorçular əsgərlərə atış açıb. İki terrorçunu öldürməyə macal tapan əsgərlər şəhid olublar. Atəş səsini eşidən digər əsgərlər çölə çıxaraq terrorçulara müqavimət göstəriblər. Daha 2 nəfəri itirən PKK-çılar qaçıblar. Beləliklə, 2 əsgərin qəhrəmanlığı nəticəsində 100 türk əsgəri xilas olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR