Bank Of Baku

Türk xalq musiqisinin ustadlarından olan Arif Sağ Cümhuriyyət Xalq Partiyasına üzv olacaq

Türk xalq musiqisinin ustadlarından olan Arif Sağ Cümhuriyyət Xalq Partiyasına üzv olacaq
# 24 noyabr 2008 11:43 (UTC +04:00)
Ankara – APA. Türkiyənin məşhur sənətkarlarından olan saz ifaçısı və bəstəkar Arif Sağ siyasətə qayıdır. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, A. Sağ Cümhuriyyət Xalq Partiyasına (CHP) qatılmağa qərar verib. CHP parlament fraksiyasının sabah keçiriləcək toplantısında partiyanın lideri Dəniz Baykal sənətçinin yaxasına partiya nişanı taxacaq.
Qeyd edək ki, A. Sağ Türkiyədəki ələvilərin (şiəliyin bir qolu) önəmli simalarından biridir. 1941-ci ildə Ərzurumda dünyaya gələn türk xalq musiqisinin ustadı 1987-ci ildə Ərdal İnönünün rəhbərlik etdiyi Sosial Demokrat Xalqçı Partiyasından (SHP) millət vəkili seçilib və 1991-ci ilə qədər parlamentdə fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR