Bank Of Baku

Baş nazirin cəsədi eksqumasiya edilib

Baş nazirin cəsədi eksqumasiya edilib
# 25 noyabr 2008 17:04 (UTC +04:00)
Varşava - APA. Polşanın 1943-cü ildə həlak olmuş sabiq baş naziri, general Vladislav Sikorskinin cəsədinin qalıqları eksqumasiya olunub. APA-nın AFP-ə istinadən verdiyi məlumata görə, 1998-ci ildə yaradılmış Milli Yaddaş İnstitutunun mütəxəssisləri Sikorskinin ölümünün həqiqi səbəblərini aydınlaşdırmağa çalışırlar. Mütəxəssislər generalın aviaqəzada aldığı xəsarətlərdən öldüyünü, yoxsa öldürüldüyünü (məsələn, odlu silahdan açıqlan atəşlə) müəyyənləşdirəcəklər.

Polşada belə məlumatlar yayılıb ki, mərhum baş nazirin ölümündə Sovet ittifaqının əli var. Məhkəmə tibb eksperti Malqojata Klıs bildirib ki, araşdırma 12 saat və ya bir qədər də uzun çəkə bilər. Nəticələr barədə isə proses başa çatandan 1 saat ərzində açıqlama veriləcək.

Qeyd edək ki, V. Sikorski II Dünya müharibəsi illərində Londonda mühacirətdə olan Polşa hökumətinə rəhbərlik edib. General tez-tez Stalinin ünvanına tənqidi fikirlər səsləndirirmiş. O, əsasən, sovet xüsusi-xidmət orqanlarını Xatın kəndi yaxınlığında polyak zabitləri güllələməkdə ittiham edirmiş. SSRİ rəhbərliyi isə o vaxt bunu faşistlərin etdiyini bildirirmiş.

Generalın da göyərtəsində olduğu Britaniya Hərbi hava Qüvvələrinə məxsus təyyarə 1943-cü il iyulun 4-də qəzaya uğrayıb. Britaniyada yaradılmış komissiya apardığı araşdırma nəticəsində belə qənaətə gəlib ki, təyyarə müəyyən olunmamış səbəblərdən idarə olunmaz vəziyyətə düşüb, nəticədə qəzaya uğrayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR