Bank Of Baku

Lex Kaçinski Nikola Sarkozini sərt tənqid edib

Lex Kaçinski Nikola Sarkozini sərt tənqid edib
# 26 noyabr 2008 07:40 (UTC +04:00)
Varşava – APA. Polşa prezidenti Lex Kaçinski Fransa prezidenti Nikola Sarkozini sərt tənqid edərək onu Rusiyaya münasibətdə güzəştçi mövqe tutmaqda günahlandırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bazar günü Gürcüstanda baş vermiş insidenti şərh edən L. Kaçinski deyib: “Mən Rusiyaya münasibətdə yalnız və yalnız güzəştlər etməklə məşğul olan avropalı siyasətçiləri pis vəziyyətdə qoydum”. Jurnalistlərin bu sözlərlə Fransa prezidentini nəzərdə tutub-tutmadığına dair sualını dövlət başçısı belə cavablandırıb: “Bunu siz dediniz. Biz hamımız söhbətin kimdən getdiyini bilirik”. L. Kaçinski əlavə edib ki, onun Axalqoriyə (Cənubi Osetiya) səfəri dünya ictimaiyyətinə göstərdi ki, ruslar avqustda imzalanmış sazişi yerinə yetirmir: “Sazişin yerinə yetirildiyi haqda iddialar isə müəyyən fəlsəfədən irəli gəlir: birincisi, Rusiyaya güzəştə getmək, ikincisi, Rusiyaya güzəştə getmək, üçüncüsü, Rusiyaya güzəştə getmək. Bəs dördüncüsü? Yenə Rusiyaya güzəştə getmək! Atəş aşılan yer guya “osetin” postu idi, amma bu əraziyə avqustun 7-dən bəri rusiyalılar nəzarət edir. Ona görə də sual verməyin ki, atəş açanlar osetinlər idi, yoxsa ruslar. Onlar Rusiya Silahlı Qüvvələrinin hissələri idi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR