Bank Of Baku

Avropa Şurası Nazirlər Komitəsinə sədrlik sabah İsveçdən İspaniyaya keçəcək

Avropa Şurası Nazirlər Komitəsinə sədrlik sabah İsveçdən İspaniyaya keçəcək
# 26 noyabr 2008 11:23 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Nazirlər Komitəsinə (AŞ NK) sədrlik sabah İsveçdən İspaniyaya keçəcək. APA-nın Avropa bürosunun məlumatına görə, sabah keçiriləcək iclasda İsveçin xarici işlər naziri Karl Bildt altı ay ərzində görülmüş işlər barədə hesabat verəcək. İspaniya xarici siyasət idarəsinin başçısı Migel Anhel Moratinos isə ölkəsinin AŞ NK-ya rəhbərlik edəcəyi növbəti altı ay üçün prioritetləri açıqlayacaq.

Bu toplantı çərçivəsində, həmçinin, Avropa İttifaqı ilə əməkdaşlığın gələcək fəaliyyətlərinə dair prioritet kimi bir neçə mühüm sənədin qəbulu da nəzərdə tutulur.

Bundan başqa, AŞ-nin fəaliyyətinə dair təhlil planı da nazirlərə təqdim olunacaq. Bununla bağlı da bir sıra qərarların qəbulu gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR