Bank Of Baku

ABŞ Gürcüstan və Ukraynanın mövcud prosedurlardan yan keçməklə NATO-ya qəbuluna çalışır

ABŞ Gürcüstan və Ukraynanın mövcud prosedurlardan yan keçməklə NATO-ya qəbuluna çalışır
# 27 noyabr 2008 13:22 (UTC +04:00)
Kiyev – APA. “Gürcüstan və Ukrayna NATO-ya üzvlüyə hazır deyil. Bu, tamamilə aydındır”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu NATO ölkələrin xarici işlər nazirlərinin Brüssel görüşü ərəfəsində ABŞ-ın dövlət katibi Kondoliza Rays deyib. Bununla yanaşı, K. Rays üzvlük üçün fəaliyyət planı verilmədən də alyansa daxil olmağın mümkünlüyünü vurğulayıb və Çexiya ilə Polşanın bu planı yerinə yetirmədən NATO-ya qəbul edildiklərini xatırladıb. Onun fikrincə, Gürcüstan və Ukrayna üçün ən yaxşı alternativ ikitərəfli komissiyalar çərçivəsində dialoqun intensivləşdirilməsidir. K. Rays Gürcüstan və Ukraynanın mövcud prosedurlardan yan keçməklə NATO-ya qəbulu ideyasının Böyük Britaniyaya məxsus olduğunu bəyan edib: “Bu ideyanın mahiyyəti ondan ibarətdir ki, biz Buxarest Bəyannaməsinin müddəalarını yerinə yetirməyin başqa yollarını da nəzərdən keçirməliyik. Buxarest Bəyannaməsində Gürcüstan və Ukraynanın nə vaxtsa NATO-ya qəbul ediləcəkləri yazılıb. Ancaq bu, o demək deyil ki, həmin ölkələrə münasibətdə daha aşağı meyarlar tətbiq olunacaq və proses daha sürətlə aparılacaq”. K. Raysın sözlərinə görə, hər iki ölkə ilə dialoq NATO-Gürcüstan və NATO-Ukrayna komissiyaları çərçivəsində aktivləşə bilər: “Ona görə də hazırda üzvlük üçün fəaliyyət planı ilə bağlı diskussiya aparmaq vacib deyil. Söhbət Buxarest qərarlarının necə yerinə yetiriləcəyindən gedir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR