Bank Of Baku

Avropa Şurası Nazirlər Komitəsinin sədrliyi rəsmən İsveçdən İspaniyaya keçib

Avropa Şurası Nazirlər Komitəsinin sədrliyi rəsmən İsveçdən İspaniyaya keçib
# 27 noyabr 2008 19:56 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, sədrliyin təhvil verilməsi mərasimindən sonra hər iki ölkənin xarici işlər nazirləri qurumun baş katibi Terri Devislə birgə mətbuat konfransı keçiriblər.

APA-nın mətbuat konfransında iştirak edən əməkdaşı bildirir ki, İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos ölkəsinin quruma sədrlik edəcəyi dövrdə görəcəyi işlərdən danışıb. Bu müddət ərzində İspaniya başlanmış işləri davam etdirəcək, Avropa Şurasının yaranmasının 60 illiyi, Avropa İnsan Haqları Məhkəməsinin yaranmasının isə 50 illiyinin qeyd edilməsi ilə bağlı tədbirləri hazırlayacaq: “Biz həmçinin İsveçin sədrlik dövründə Nazirlər Komitəsinə təklif etdiyi Gürcüstanla bağlı Fəaliyyət Planının həyata keçirilməsi prosesini davam etdirəcəyik. Rusiyanın 14-cu Protokolu imzalaması istiqamətində də bu ölkədəki dostlarımızla daha sıx iş aparacağıq. Nazirlər Komitəsinin həyata keçirəcəyi digər prioritetlərlə də məşğul olacağıq. Bunların arasında terrorizmlə mübarizə, mədəniyyətlərarası dialoq, qadınlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı Konvensiyanın imzalanmasının mümkünlüyü məsələləri də var”. İspaniyanın XİN başçısı bu tədbirlərin hamısının üzv ölkələrlə əməkdaşlıq şəraitində həyata keçirəcəklərini də bildirib.

O deyib ki, sədrlik dövrünün sonuna yaxın, may ayında Madriddə Avropa Şurasının 60 illiyi ilə bağlı böyük beynəlxalq konfrans təşkil ediləcək: “Bu toplantıda Madrid Bəyannaməsini də qəbul etməliyik. Bu Bəyannamə təşkilatın təməl prinsiplərinə uyğun olaraq İnsan Haqları, hüquqi dövlətin aliliyi, demokratik prinsipləri özündə əks etdirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR