Bank Of Baku

İsveç XİN başçısı: Şərq Partnyorluğu əhatə etdiyi ölkələrin Avropa İttifaqına inteqrasiyası üçün daha aydın yol olacaq

İsveç XİN başçısı: Şərq Partnyorluğu əhatə etdiyi ölkələrin Avropa İttifaqına inteqrasiyası üçün daha aydın yol olacaq
# 27 noyabr 2008 20:59 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. « « Şərq Partnyorluğu » Proqramı İsveç və Polşa tərəfindən irəli sürülüb. Bu proqramı Avropa İttifaqının şurası da dəstəkləyib ». Bunu APA-nın Avropa bürosunun « Şərq partnyorluğu » proqramı ilə bağlı sualına cavabında İsveçin xarici işlər naziri Karl Blidt deyib. XİN başçısı Avropa İttifaqının buna oxşar « Avropa Qonşuluq siyasəti » adlı proqramı olduğunu da xatırladıb : « Bununla belə, bu yeni proqram bizim Qonşuluq Siyasətimizi daha da gücləndirmək məqsədi daşıyır. Bu təklifin irəli sürülməsinin isə bir çox səbəbləri var. « Bu qonşuluq siyasətinə Şərqi Avropa olkələri ilə yanaşı Cənubi Avropa ölkələri də daxil edilib. Cənubi Avropa ölkələri ilə Şərqi Avropa olkələri arasında isə fərqlər var. Bu isə ondan ibarətdir ki, Şərqi Avropa ölkələrindən bir neçəsinin gələcəkdə Avropa İttifaqına üzv olmaq perspektivi var. Biz bununla, qonşuluq siyasətini aktivləşdirməklə yanaşı, fərqlərini də ortaya qoyuruq. İnaniram ki, « Şərq Partnyorluğu » əhatə etdiyi ölkələrin Avropa İttifaqına inteqrasiyası üçün daha aydın yol olacaq. Bu proqram iqtisadi, siyasi, ticari sahələr də daxil olmaqla müxtəlif sahələri əhatə edəcək ».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR