Bank Of Baku

Polşa prezidenti mühafizədən imtina edib

Polşa prezidenti mühafizədən imtina edib
# 28 noyabr 2008 13:09 (UTC +04:00)
Varşava – APA. Polşa prezidenti Lex Kaçinski hökumətin Mühafizə Bürosunun xidmətindən imtina edib. APA-nın Polşa mətbuatına istinadən verdiyi məlumata görə, şəxsi mühafizə xidmətinin rəhbəri Kşiştof Olşovtsun vəzifədən çıxarılmasına qəzəblənən L. Kaçinski Asiya ölkələrinə bir həftəlik səfəri zamanı onu Mühafizə Bürosunun qorumasını istəmədiyini bildirib. O, Gürcüstanda baş verən insidentdə K. Olşovtsun qüsurunun olmadığını, bununla bağlı təhqiqat aparan Mühafizə Bürosunun öz səlahiyyətlərindən kənara çıxdığını deyib. Dövlət başçısı onu inandığı adamların qorumasını istədiyini vurğulayıb. L. Kaçinski 18 ildir tanıdığı polkovnik K. Olşovtsun onu heç vaxt pis vəziyyətdə qoymadığını söyləyib.
Hökumətin Mühafizə Bürosunun mətbuat katibi Dariuş Aleksandroviç isə xatırladıb ki, qanunda vəzifəli şəxsin mühafizədən imtina etməsi nəzərdə tutulmur. Onun sözlərinə görə, K. Olşovtsun vəzifədən kənarlaşdırılması bu şəxsin istefaya göndərilməsi və ya hər hansı sanksiya mənasına gəlmir, sadəcə olaraq, texniki prosedurdur.
Qeyd edək ki, L. Kaçinski noyabrın 30-dan dekabrın 7-nə qədər Monqolustan, Yaponiya və Koreyada səfərdə olmalıdır. Ekspertlərin fikrincə, L. Kaçinski mühafizə olmadan səfərə çıxmaqda israr edərsə, həmin ölkələr onu qəbul etməyə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR