Bank Of Baku

Rusiyanın NATO-dakı nümayəndəsi alyansı düşmən blok adlandırıb, onun rəhbərliyini isə itə bənzədib

Rusiyanın NATO-dakı nümayəndəsi alyansı düşmən blok adlandırıb, onun rəhbərliyini isə itə bənzədib
# 01 dekabr 2008 09:12 (UTC +04:00)
Moskva – APA. “Ukrayna NATO-ya daxil olarsa, onu parçalanma təhlükəsi gözləyir”. APA-nın məlumatına görə, bunu BBC-yə müsahibəsində Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin deyib. O bildirib ki, Ukrayna rəhbərliyi alyansa daxil olmaq kursunu sürətləndirərsə, bu, onsuz da siyasi qarşıdurmadan əziyyət çəkən ölkədə total siyasi böhrana səbəb olacaq: “Bu böhranla müqayisədə indiki gərginlik sabun operası kimi görünəcək. Sözün geniş mənasında Ukrayna dövlətinin parçalanma təhlükəsi realdır”. D. Roqozin NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasından çəkindiklərini gizlətməyib: “Düşmən blokun bizim sərhədlərimizə yaxınlaşması yüksək dərəcəli həyəcan siqnalıdır”. Rusiyalı daimi nümayəndə NATO siyasətçilərini itlərlə müqayisə etməkdən də çəkinməyib: “Təəssüf ki, bir çox NATO siyasətçisi dünyaya, məni bağışlayın, it kimi baxır. İtlər dünyanı rəngarəng yox, ağ-qara rəngdə görür. NATO bizə düşmən olan siyasi blokdur. Ona görə də NATO-nun qapıları bizim üçün bağlıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR