Bank Of Baku

Avropa İttifaqı ərazisinə daxil olan vətəndaşların özləri ilə spirtli içki və siqaret aparmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb

Avropa İttifaqı ərazisinə daxil olan vətəndaşların özləri ilə spirtli içki və siqaret aparmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb
# 01 dekabr 2008 13:50 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Bu gündən etibarən Avropa İttifaqında fiziki şəxslərin özləri ilə gömrük rüsumu ödəmədən daha çox miqdarda siqaret və spirtli içki daşımasına icazə verən qaydalar qüvvəyə minib. APA-nın Brüsseldəki müxbirinin verdiyi məlumata görə, Avropa Komissiyasının nümayəndəsi Mariya Assimakopulu Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, fiziki şəxslər dekabrın 1-dən özləri ilə Avropa İttifaqı ərazisinə daha çox miqdarda spirtli içki və siqaret apara biləcəklər. Avropa İttifaqı ərazisinə təyyarə, yaxud gəmi ilə gələn fiziki şəxslər şəxsi istifadə, yaxud hədiyyə etmək məqsədilə 430 avro dəyərində, yerüstü nəqliyyatla gələnlər isə 300 avro dəyərində spirtli içki və siqaret gətirə bilərlər. Yeni qaydalar həmçinin ətriyyat, kofe və çay məhsullarının gətirilməsinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu qaydalara əsasən, Avropa İttifaqı ölkələri xarici vətəndaşların ölkə ərazisinə gətirdiyi siqaret dənələrinin maksimum sayını 200-dən 40-a endirmək imkanına malikdirlər. Avropa Komissiyasının nümayəndəsi bildirib ki, artıq Aİ-yə daxil olan ölkələrdən 16-sı xarici ölkələrdən gələn fiziki şəxslərin özləri ilə 200 dənə siqaret gətirməsinə razılıq verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR