Bank Of Baku

Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski NATO-nun baş katibi olmaq istəyir

Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski NATO-nun baş katibi olmaq istəyir
# 01 dekabr 2008 14:16 (UTC +04:00)
Varşava-APA. Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski NATO baş katibi postunu tutmağa hazır olduğunu bəyan edib. APA-nın məlumatına görə, yerli radiostansiyalardan birinə müsahibə verən Kvasnevski bildirib ki, bir çox beynəlxalq təşkilatlar sırasında seçim etmək imkanı olarsa, NATO-ya üstünlük verər: “Əgər NATO baş katibi olsam, bu posta seçilən ilk sabiq dövlət başçısı olacağam”. Kvasnevski Polşadan NATO baş katibi postuna ikinci real namizəd olaraq hazırkı xarici işlər naziri Radoslav Sikorskini gördüyünü deyib: “Həm mən, həm də Sikorski yaxşı namizədlərik. Sikorski bu postu tutmaq üçün bütün lazımi keyfiyyətlərə malikdir”. Qeyd edək ki, NATO baş katibi postuna seçkilər gələn ilin aprelində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR