Bank Of Baku

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi erməni yazıçının adına kitabxana yaratma istəyir

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi erməni yazıçının adına kitabxana yaratma istəyir
# 01 dekabr 2008 15:10 (UTC +04:00)
Ankara – APA. Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın erməni əsilli amerikalı yazıçı Uilyam Saroyanın valideynlərinin Bitlis rayonundakı evinin restavrasiya edilərək kitabxanaya çevriləcəyinə dair açıqlaması hakim partiya daxilində etirazla qarşılanıb. APA-nın Türkiyənin “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, millət vəkili Vahid Kilər yazılı açıqlamasında nazir Ə. Günayın noyabrın 3-də Bitlis valiliyinə məktub göndərərək vaxtilə Saroyan ailəsinə məxsus olmuş evdə təmir-bərpa işləri aparılmasını və orada kitabxana yaradılmasını istədiyini xatırladıb. O bildirib ki, bu təşəbbüs ölkəyə zərər verəcək: “Bitlisdə deyil, Amerikada doğulan yazıçı Uilyam Saroyanın əsl adı Aram Karaoğlanyandır. Ailəsi Bitlisdə erməni silahlı dəstələrinin tərkibində fəaliyyət göstərib və 68 mindən çox günahsız insanın qətlində öncül rol oynayıb. Hazırda bizim erməni vətəndaşlarımız ölkəmizin bütövlüyünə və ay-ulduzlu bayrağımıza sahib çıxan insanlardır. Burada problem ermənilərin deyil, diasporanın strategiyasıdır”. Millət vəkili sonda bəyan edib ki, nazirin təşəbbüsü reallaşarsa, şəhidlərin sümükləri sızlayar.

Qeyd edək ki, Uilyam Saroyan 1908-ci ildə ABŞ-da doğulub və 1981-ci ildə vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR