Bank Of Baku

Joze Manuel Barrozo: “Britaniya avro zonasına daxil olmağa çox yaxındır”

Joze Manuel Barrozo: “Britaniya avro zonasına daxil olmağa çox yaxındır”
# 01 dekabr 2008 15:13 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Avropa Komissiyasının prezidenti Joze Barrozo Böyük Britaniyanın “Avrozona”ya daxil olmağa yaxın olduğunu deyib. APA-nın Brüsseldəki müxbirinin məlumatına görə, Barrozo britaniyalı siyasətçilərin vahid avro məkanına qoşulmamağın səhv olduğunu etiraf etdiklərini deyib: “Mən bəzi gizli danışıqların üstünü aça bilmərəm, amma bəzi britaniyalı siyasətçilər mənə dedilər ki, əgər Britaniya indi avrozonada olsaydı, vəziyyət daha yaxşı olardı”. Britaniyalı siyasətçilərin əksəriyyətinin avrozonaya daxil olmağın əleyhinə çıxdığını xatırladan Joze Manuel Barrozo yaxın zamanlarda bu mövqenin dəyişəcəyinə ümidvar olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR