Bank Of Baku

İtaliyada siçanlar 800 min avro dəyərində parmezan pendirini yararsız hala salıblar

İtaliyada siçanlar 800 min avro dəyərində parmezan pendirini yararsız hala salıblar
# 01 dekabr 2008 16:22 (UTC +04:00)
Parma-APA. İtaliyanın Parma şəhərində pendir fabrikinə keçirilən reyd zamanı təkrar istehsal sexindən 2021 baş pendir müsadirə olunub. APA-nın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları təkrar istehsala göndərilən pendirin siçanlar tərəfindən yeyildiyini müəyyənləşdiriblər. Dünya şöhrətli parmezan pendirinin saxlandığı anbardan həmçinin çoxlu sayda siçan ölüsü və gəmirici nəcisi aşkarlanıb. Siçanların ümumilikdə 80 ton pendiri korladığı bildirilir, istifadəyə yararsız hala düşən parmezanın dünya bazarında dəyəri 800 min avrodur. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR