Bank Of Baku

Gürcüstan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında müzakirələr gələn ay başlayacaq

Gürcüstan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında müzakirələr gələn ay başlayacaq
# 02 dekabr 2008 07:47 (UTC +04:00)
Brüssel. Aleksandr Kin - APA. Gürcüstan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında danışıqlar yanvarda başlayacaq. APA-nın Brüsseldəki müxbirinin verdiyi məlumata görə, bu barədə jurnalistlərə Avropa İttifaqının beynəlxalq münasibətlər və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Benita Ferrero-Valdner məlumat verib. Gürcüstan baş naziri ilə apardığı danışıqlara toxunan komissar bu ölkə ilə qeyd olunan məsələlər üzrə danışıqların yanvarda başlayacağını deyib: “Danışıqların nə zaman başa çatacağını deyə bilmərəm, hər şey danışıqlar prosesinin gedişindən asılıdır. Əsas məsələ odur ki, biz müzakirələrə başlamaq üçün Avropa İttifaqı ölkələrindən mandat almışıq, bu isə heç də həmişə asan olmur”. Benita Ferrero-Valdner Gürcüstanın demokratik proseslərin gücləndirilməsi və dövlət hakimiyyəti orqanlarının səmərəli fəaliyyəti istiqamətində səylərini artırılmalı olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR