Bank Of Baku

Gürcüstanın baş naziri: “Biz NATO-ya üzvlük üçün fəaliyyət planına deyil, hərbi alyansa üzv qəbul olunmaq istəyirik”

Gürcüstanın baş naziri: “Biz NATO-ya üzvlük üçün fəaliyyət planına deyil, hərbi alyansa üzv qəbul olunmaq istəyirik”
# 02 dekabr 2008 07:52 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. “Biz üzvlük üçün fəaliyyət planına qoşulmaq deyil, NATO-ya tam hüquqlu üzv olmaq istəyirik”. APA-nın Brüsseldəki müxbirinin verdiyi məlumata görə, bu açıqlamanı jurnalistlərə Gürcüstanın baş naziri Qriqol Mqaloblişvili verib. O, Gürcüstan üçün üzvlük məqsədilə fəaliyyət planına qoşulmağın son hədəf olduğunu düşünənlərin yanıldığını vurğulayıb: “Bizim əsas hədəfimiz NATO-ya inteqrasiya prosesinin uğurla başa çatdırmaqdır. Bu məsələ ilə bağlı artıq NATO-nun Brüssel sammitində müvafiq qərar qəbul olunub. Bu prosesi hansı yolla sürətləndirmək mexanizmləri isə hazırda müzakirə olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR