Bank Of Baku

Venesiya şəhərinin 95 faizi su altında qalıb

Venesiya şəhərinin 95 faizi su altında qalıb
# 02 dekabr 2008 11:46 (UTC +04:00)
Venesiya-APA. İtaliyanın Venesiya şəhərində baş verən daşqınlar nəticəsində şəhər ərazisinin 95 faizi su altında qalıb. APA-nın məlumatına görə, hazırda şəhərdə suyun səviyyəsi 1,6 metr hündürlükdədir. Sonuncu dəfə şəhərdə suyunu səviyyəsinin bu qədər yüksəyə qalxması 22 il əvvəl qeydə alınıb. Meteoroloqların fikrincə, əgər Adriatik dənizi istiqamətindən əsən güclü külək səngiməsə, şəhərdə 1966-cı ildə baş verən dağıntıların baş verməsi mümkündür. Qeyd edək ki, həmin il şəhərdə suyun səviyyəsinin 1,94 metrə qalxması nəticəsində 40 tarixi bina tamamilə məhv olub, çoxlu sayda muzey eksponatı isə yararsız vəziyyətə düşüb. Dünən artıq Venesiyanın Müqəddəs Mark meydanı 80 santimetr hündürlüyündə su ilə dolub. Şəhər rəhbərliyi yerli sakinləri ehtiyatlı olmağa, turistləri isə daşqınlar başa çatmamış şəhərə gəlməməyə çağırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR