Bank Of Baku

Yaap de Hoop Sxeffer: “NATO üzvlüyünə namizədlər siyasi və hərbi sahədə öhdəlikləri dəqiq yerinə yetirməlidir”

Yaap de Hoop Sxeffer: “NATO üzvlüyünə namizədlər siyasi və hərbi sahədə öhdəlikləri dəqiq yerinə yetirməlidir”
# 02 dekabr 2008 16:32 (UTC +04:00)
Brüssel. Aleksandr Kin – APA. NATO-nun baş katibi Yaap de Hoop Sxeffer Ukrayna və Gürcüstana xatırladıb ki, təşkilata üzv olmaq təkcə imtiyaz yox, həm də müəyyən öhdəliklər deməkdir. APA-nın Brüsseldəki müxbirinin məlumatına görə, Şimali Atlantika Şurasının iclasının açılışında çıxış edən baş katib üzvlüyə namizədlərin siyasi və hərbi sahədə öhdəlikləri dəqiq yerinə yetirməli olduğunu deyib. O bildirib ki, bu gün NATO ölkələrinin xarici işlər nazirləri Gürcüstan və Ukraynanın üzvlük üçün Fəaliyyət Planı almağa hazır olub-olmadıqlarını qiymətləndirəcəklər. Sxeffer dekabrın 3-də NATO-Ukrayna və NATO-Gürcüstan (ilk dəfə) komissiyalarının toplantılarının keçiriləcəyini də söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR