Bank Of Baku

NATO baş katibi: «NATO-ya üzvlüklə bağlı Ukrayna və Gürcüstana verdiyimiz vədlər qüvvədə qalır »

NATO baş katibi: «NATO-ya üzvlüklə bağlı Ukrayna və Gürcüstana verdiyimiz vədlər qüvvədə qalır »
# 03 dekabr 2008 07:26 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. NATO Ukrayna və Gürcüstanla üzvlüklə bağlı fəaliyyət planına daxil etmədən əməkdaşlığı genişləndirmək barədə qərar qəbul edib. APA-nın Brüsseldəki müxbirinin verdiyi məlumata görə, bu barədə jurnalistlərə NATO-nun baş katibi Yaap de Hoop Sxeffer məlumat verib. Şimali Atlantika Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən toplantısının nəticələrini dəyərləndirən baş katib bildirib ki, Ukrayna və Gürcüstan alyansa inteqrasiya istiqamətində irəliləyişlərə nail olsa da, görüləcək işlər çoxdur: “Bu gün keçirilən toplantıda nazirlər iki əsas nəticəyə gəldilər. Birincisi, Gürcüstan və Ukrayna ilə bağlı bütün qərarlar, o cümlədən Buxarest sammitinin qərarı və bu ölkələrin gələcəkdə alyansa üzv qəbul ediləcəyi barədə verilən vədlər qüvvədə qalır. İkincisi, NATO Ukrayna və Gürcüstanla əməkdaşlığı gücləndirməlidir”. Yaap de Hoop Sxeffer qeyd edib ki, əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün illik milli planların hazırlanmasını, NATO-nun Ukrayna və Gürcüstandakı informasiya mərkəzlərinin fəaliyyətinin gücləndirilməsini nəzərdə tutur. Baş katib eyni zamanda bildirib ki, üzvlüklə bağlı fəaliyyət planı NATO-ya üzvlük üçün əsas sənəd olaraq qalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR