Bank Of Baku

NATO Rusiya ilə münasibətləri qeyri-formal şəkildə davam etdirəcək

NATO Rusiya ilə münasibətləri qeyri-formal şəkildə davam etdirəcək
# 03 dekabr 2008 07:43 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. NATO Rusiya ilə qeyri-rəsmi olaraq əməkdaşlığı davam etdirmək qərarına gəlib. APA-nın Brüsseldəki müxbirinin verdiyi məlumata görə, alyansın baş katibi Yaap de Hoop Sxeffer jurnalistlərə bildirib ki, Şimali Atlantika Şurası Rusiya ilə siyasi dialoq imkanlarını öyrənmək üçün ona mandat verib. Bundan başqa, alyansa daxil ölkələrin xarici işlər nazirləri qeyri-rəsmi səviyyədə Rusiya-NATO Şurasının fəaliyyətini bərpa etmək barədə qərar qəbul ediblər: “Qeyd edirəm ki, bütün bunlar qeyri-formal səviyyədədir. Bu o deməkdir ki, qeyri-proporsional güc tətbiqi, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin qanuna zidd olaraq tanınması, Rusiya qoşunlarının Gürcüstan ərazisində qalması məsələlərində Rusiya ilə razıyıq. Biz əvvəlki münasibətləri qura bilmərik, amma bu o demək deyil ki, Rusiya ilə heç bir münasibət olmayacaq. Rusiya beynəlxalq arenada mühüm oyunçulardan biri olaraq qalır”. Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında müharibədən sonra hərbi alyans NATO-Rusiya Şurasının fəaliyyətini dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR