Bank Of Baku

Fransa hökuməti uydurma “erməni soyqırımı”nı inkar etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun əleyhinə çıxıb

Fransa hökuməti uydurma “erməni soyqırımı”nı inkar etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun əleyhinə çıxıb
# 03 dekabr 2008 13:02 (UTC +04:00)
Paris – APA. Fransa hökuməti uydurma “erməni soyqırımı”nı inkar etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun Senatda təsdiqlənməsinə ilk dəfə qarşı çıxıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, parlamentin iclasında Sosialist Partiyasından olan millət vəkili Rene Rojenin bu mövzuda sualını cavablandıran yerli idarəetmə orqanları ilə iş üzrə dövlət naziri Alen Marle hökumətin 2006-cı ildə aşağı palatada qəbul olunmuş bu qanunu Senatın gündəminə gətirmək istəmədiyini açıqlayıb. Nazir bildirib ki, parlamentlər tarixçilərin işinə qarışmamalıdır və bu qanun qəbul edilərsə, Türkiyənin ciddi etirazına səbəb olar.

Xatırladaq ki, 2006-cı il oktyabrın 12-də Fransa parlamentinin aşağı palatası Sosialist Partiyasının təklifi ilə guya 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş soyqırımı inkar etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul edib. Sənədə əsasən saxta “soyqırım”ı inkar edən şəxs 1 il müddətinə həbs cəzasına və 45 min avro cərimə ödəməyə məhkum edilə bilər. Lakin Senat təsdiqləmədiyindən qanun hələ qüvvəyə minməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR