Bank Of Baku

Ukrayna və Gürcüstanın xarici işlər nazirləri NATO-nun qərarından məmnundur

Ukrayna və Gürcüstanın xarici işlər nazirləri NATO-nun qərarından məmnundur
# 03 dekabr 2008 13:58 (UTC +04:00)
Brüssel. Aleksandr Kin – APA. Ukraynanın və Gürcüstanın xarici işlər nazirləri NATO-nun bu ölkələrlə bağlı qərarından məmnun olduqlarını bəyan ediblər. APA-nın Brüsseldəki xüsusi müxbirinin verdiyi məlumata görə, Ukraynanın xarici işlər naziri Vladimir Oqrızko faktiki olaraq üzvlük üçün Fəaliyyət Planı aldıqlarını bildirib: “Bu mərhələdə biz istədiyimiz nəticəni əldə etdik”. NATO-nun Ukrayna ilə bağlı illik fəaliyyət planı hazırlanmasına qərar verdiyini söyləyən nazir üzvlük üçün Fəaliyyət Planının da məhz bunu nəzərdə tutduğuna diqqət çəkib: “2009-cu ildən biz faktiki olaraq alyansa inteqrasiyaya başlayırıq”.
Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvili də ukraynalı həmkarının mövqeyini bölüşdüyünü deyib. Onun fikrincə, NATO-nun qərarı çox önəmlidir və təşkilat gələcəkdə Gürcüstanla Ukraynanı öz sıralarına qəbul edəcəyini təsdiqləyib: “Bu, həm də o baxımdan vacibdir ki, Gürcüstana hücum edən Rusiyanın əsas məqsədlərindən biri ölkəmizin və Ukraynanın NATO-ya üzv olmaq imkanlarını məhv etmək idi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR