Bank Of Baku

Benita Ferrero-Valdner: “Avropa Birliyinin təhlükəsizliyi Şərqi Avropa və Cənubi Qafqazdan asılıdır”

Benita Ferrero-Valdner: “Avropa Birliyinin təhlükəsizliyi Şərqi Avropa və Cənubi Qafqazdan asılıdır”
# 03 dekabr 2008 14:52 (UTC +04:00)
Brüssel. Aleksandr Kin – APA. ““Şərq tərəfdaşlığı” proqramı qarşılıqlı siyasi əlaqələrin səviyyəsinin yüksəldilməsini, Avropa Birliyi ölkələrinin iqtisadiyyatına geniş inteqrasiyanı, enerji təhlükəsizliyinin gücləndirilməsini və maliyyə yardımlarının artırılmasını nəzərdə tutur”. APA-nın Brüsseldəki xüsusi müxbirinin verdiyi məlumata görə, bunu keçirdiyi mətbuat konfransında Avropa Komissiyasının sədri Joze Manuel Barrozo deyib. Avropa Birliyinin xarici əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Benita Ferrero-Valdner isə bildirib ki, şərqdəki qonşularla münasibətlərdə yeni mərhələyə başlamağın vaxtı çatıb. O, AB məkanında təhlükəsizlik və sabitliyin Şərqi Avropa və Cənubi Qafqazda baş verən hadisələrdən asılı olduğunu söyləyib: “Bizim bu ölkələrlə bağlı siyasətimiz daha fəal və birmənalı olmalıdır”. B. F. Valdner dekabrın 2-də “Şərq tərəfdaşlığı”na cəlb olunan ölkələrin səfirləri ilə görüş keçirildiyini və əməkdaşlığın inkişafı imkanlarının müzakirə olunduğunu açıqlayıb. Proqramda bu məqsədlə 600 milyon avrodan çox vəsait ayrılması nəzərdə tutulur. Komissar bunun Şərqi Avropa ölkələrinə deyil, Avropa Birliyinin özünə qoyulan sərmayə olduğunu vurğulayıb.
Mətbuat konfransında o da bildirilib ki, Cənubu Qafqazda baş vermiş münaqişədən sonra “Şərq tərəfdaşlığı” proqramının işlənib hazırlanması sürətləndirilib. Proqram çərçivəsində ilk zirvə toplantısının 2009-cu ilin aprelində Çexiyada keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Avropa Birliyinin xarici əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Benita Ferrero-Valdner “Şərq tərəfdaşlığı” kommünikesini Avropa Parlamentinə və Avropa Birliyi Şurasına təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR