Bank Of Baku

Yaap de Hoop Sxeffer: “Rusiya prezidentinin Avropada təhlükəsizliklə bağlı təkliflərini müzakirə etməyə hazırıq”

Yaap de Hoop Sxeffer: “Rusiya prezidentinin Avropada təhlükəsizliklə bağlı təkliflərini müzakirə etməyə hazırıq”
# 03 dekabr 2008 15:39 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. “NATO Rusiya prezidenti Dmitri Medvedevin Avropada təhlükəsizliklə bağlı təkliflərini müzakirə etməyə hazırdır. Lakin biz bu təklifləri hələ görməmişik”. APA-nın Brüsseldəki müxbirinin məlumatına görə, bu fikirləri keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Yaap de Hoop Sxeffer məlumat verib. O, bu kimi təkliflərin müzakirə olunacağı müstəvinin ATƏT ola biləcəyini vurğulayıb: “Biz bu təklifləri müzakirə etməyə hazırıq. Lakin bizim üçün Rusiyanın ərazi bütövlüyü məsələlərinə, Avropada adi silahlar haqqında sazişi və digər məsələlərə necə münasibət bəslədiyi çox maraqlıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR