Bank Of Baku

General Rəşid Dostum Türkiyədədir

General Rəşid Dostum Türkiyədədir
# 04 dekabr 2008 13:32 (UTC +04:00)
Ankara – APA. Türkiyə Xarici İşlər Nazirliyi milliyyətcə özbək olan əfqanıstanlı general Rəşid Dostumun Türkiyədə olduğunu təsdiqləyib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə XİN-in sözçüsü Burak Özügərgin jurnalistlərə açıqlamasında R. Dostumun Türkiyədə olduğuna dair mətbuatda çıxan xəbərlərin doğru olduğunu deyib. Generalın Əfqanıstan hökuməti tərəfindən qeyri-rəsmi olaraq sürgünə göndərildiyi barədə sualı cavablandıran sözçü bildirib ki, Əfqanıstanda R. Dostum haqqında cinayət işi açılmayıb və o, Türkiyədə ev dustağı deyil. B. Özügərgin hazırda R. Dostumun Türkiyədə yaşayan ailə üzvlərinin yanında olduğunu söyləyib: “General Dostum Əfqanıstandakı türk soylu toplumun lideridir. Onun Türkiyədə müəyyən görüşlər keçirməsi normaldır”.

R. Dostumun başçılıq etdiyi siyasi partiyanın nümayəndəsi Ənvər Sədat isə “Anadolu” Agentliyinə açıqlamasında generalın Qurban bayramını ailə üzvləri ilə birlikdə keçirmək üçün Türkiyə XİN-in dəvəti ilə Ankaraya getdiyini və bayramdan sonra geri dönəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR