Bank Of Baku

Türkiyədəki kürd separatçılarının liderlərindən biri 10 il həbs cəzasına məhkum edilib

Türkiyədəki kürd separatçılarının liderlərindən biri 10 il həbs cəzasına məhkum edilib
# 04 dekabr 2008 14:07 (UTC +04:00)
Diyarbəkir – APA. Türkiyədəki kürd separatçılarının liderlərindən biri, sabiq millət vəkili Leyla Zana azadlıqdan məhrum edilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Diyarbəkir 5-ci Ağır Cəza Məhkəməsi “Terror təşkilatının təbliğatını aparmaq” və “Təşkilata üzv olmadan təşkilat adından cinayət törətmək”də ittiham olunan L. Zanaya 10 il həbs cəzası verib.

Qeyd edək ki, L. Zana 1991-ci ildə Diyarbəkirdən Türkiyə parlamentinə üzv seçilib. Andiçmə mərasimində and mətnini kürd dilində oxuduğu üçün 1993-cü ildə daha 3 kürd millət vəkili ilə birlikdə 15 il azadlıqdan məhrum edilib. Ancaq Avropa Birliyi və digər Avropa strukturlarının tələb və təzyiqləri nəticəsində 2004-cü ildə azadlığa buraxılıb. O, Avropa Parlamentinin və müxtəlif Avropa qurumlarını mükafatlarına layiq görülüb. Paris və Cenevrə şəhərlərinin fəxri vətəndaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR