Bank Of Baku

Avstriyada alman milyarderin cəsədinin qalıqları məzardan oğurlanıb

Avstriyada alman milyarderin cəsədinin qalıqları məzardan oğurlanıb
# 06 dekabr 2008 07:13 (UTC +04:00)
Vyana-APA. Alman milyarder Fridrix Karl Flikin cəsədinin qalıqları məzarından oğurlanıb. APA-nın məlumatına görə, cəsədin qalıqlarının oğurlanması noyabrın ortalarında məlum olub, lakin polisin axtarışları bir nəticə verməyib. Milyarderin ailəsi cəsədin harada olduğuna dair məlumat verəcək şəxslərə 100 min avro mükafat boyun olub. “Forbes” jurnalının versiyasına görə, 2006-cı ildə Fridrix Karl Flik dünyanın ən zəngin 96-cı adamı olub. Onun atası II dünya müharibəsi zamanı alman ordusunu silahla təchiz edən şirkətin rəhbəri olub. Onun zavodlarında 40 mindən çox hərbi əsir işləyib. Nürnberq prosesində Fridrix Flik 7 il müddətinə azadlıqdan məhrum edilsə də, 1950-ci ildə vaxtından əvvəl azadlığa buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR